RU

Latviya Ukraynaya 500 milyon avrodan çox hərbi yardım göndərib

Latviyanın Ukraynada müharibənin əvvəlindən bəri Kiyevə göstərdiyi hərbi yardımın ümumi məbləği 500 milyon avronu ötüb.

​​​​​​"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə “Delfi” portalı Latviyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Builki yardımın dəqiq məbləği ilin sonunadək məlum olacaq. 2025-2026-cı illərdə Ukraynaya Latviya ÜDM-nin ən azı 0,25 faizi həcmində vəsait ayrılması planlaşdırılır. Yardıma ukraynalı hərbçilərin təlimi də daxildir", - nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2022-2023-cü illərdə Latviya ümumilikdə 370 milyon avro, 2024-cü ildə isə 134,8 milyon avro ayırıb. Ukraynaya pilotsuz uçuş aparatları, helikopterlər, haubitsalar, tank əleyhinə silahlar, hava hücumundan müdafiə sistemləri, "Patria" zirehli transportyorları və s. tədarük edilib.

​​​​​​"Cebheinfo.az"

Избранный
14
6
cebheinfo.az

7Источники