AZ

Latviyanın Ukraynaya hərbi yardımı 500 milyon avronu keçdi

BAKI, 14 avqust. TELEQRAF

Latviyanın Ukraynaya müharibənin başlanğıcından bəri göstərdiyi hərbi yardımın ümumi dəyəri 500 milyon avronu keçib.

Teleqraf xəbər verir ki, bu barədə Latviyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, builki yardımın dəqiq məbləği ilin sonunda açıqlanacaq.

"2025-2026-cı illərdə isə Ukraynaya Latviyanın ÜDM-nin ən azı 0,25 faizi həcmində vəsait ayırmaq planlaşdırılır. Bu yardıma ukraynalı hərbçilərin təlimi də daxildir. 2022-2023-cü illərdə Ukraynaya 370 milyon avro, 2024-cü ildə isə 134,8 milyon avro dəyərində dəstək göstərilib. Yardım paketinə pilotsuz uçuş aparatları, helikopterlər, tank əleyhinə silahlar, hava hücumundan müdafiə sistemləri, "Patria" zirehli transportyorları və digər hərbi texnika daxildir",- məlumatda deyilir.

Seçilən
10
6
teleqraf.com

7Mənbələr