RU

Biləsuvarda Şəhid Zöhrab Azad oğlu Kərimovun doğum günündə xatirəsi yad edildi - Vətən Naminə

">

Ziyarətdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranalrı və Şəhid Ailələri İB Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Röyal Bədəlov, Deputatın köməkçisi Əfsun Əlizadə, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan şəhid Kərimov Zöhrab Azad oğlu 14 avqust 2003-cü ildə Biləsuvar şəhərində anadan olmuşdur. O, 2022-ci ilin 12 – 13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Kərimov Zöhrab Azad oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Избранный
123
4
vetennamine.az

10Источники