RU

Maykl Boatenqə 14 illik həbs cəzası kəsildi

“Kristal Pelas”ın məzunu, 33 yaşlı ingiltərəli keçmiş müdafiəçi Maykl Boatenqə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

Arena.az məlumat verir ki, keçmiş futbolçuya müvafiq cəza, Boatenqin xüsusilə külli miqdarda narkotik maddə – kokain saxladığı üçün verilib.

Müəyyənləşdirilib ki, Boatenq nəinki kokain, hətta digər narkotik vasitələrin əldə edilməsi ilə məşğul olan dəstənin üzvü olub. Yaramaz əməli ilə yanaşı, Boatenq futbol fəaliyyəti ilə də məşğul olub. Məsələn, Boatenq şəxsi məşqçi xidməti təklif edib və müştəriləri arasında “Mançester Yunayted”in 25 yaşlı ingiltərəli sol cinah hücumçusu Ceydaon Sanço olub.

Əlavə edək ki, bu, Botenqin dəmir barmaqlıqlar arxasına ilk “səfəri” deyil. 2014-cü ildə Boatenqi danışılmış oyunların təşkilinə görə 16 müddətinə “içəri” basmışdılar. Həmçinin Boatenq müvafiq əməlinə görə futbol fəaliyyətindən ömürlük kənarlaşdırılmışdı. Ardınca isə 2015-ci idə Boatenq narkotik vasitələrin əldə edilməsinə görə iş almışdı.

Избранный
5
arena.az

1Источники