RU

Şimali Koreya daha 6 min qoşun göndərir

Şimali Koreya yaxın vaxtlarda Rusiyaya əlavə 6 minə yaxın hərbçi göndərməyi planlaşdırır.

Ölkə.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirill Budanov “The Japan Times” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Şimali Koreya həmçinin mühəndis işləri aparmaq üçün Rusiyaya M2010 (Çeonma-D) əsas döyüş tankları və BTR-80 zirehli transportyorları da daxil olmaqla 100-dək texnikasını göndərməyi nəzərdə tutur.

“Onlardan bəziləri həqiqətən də minalardan təmizləmədə və istehkam tikintisində iştirak edə bilər, amma hamısı bunu edəcəkmi?”, - Budanov qeyd edib.

O əlavə edib ki, Rusiya Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə iştirakını səxavətlə maliyyələşdirir.

"Kreml bütün hərbi texnika və qoşunların pulunu ödəyir. Söhbət on milyardlarla dollardan gedir və dünyanın ən təcrid olunmuş ölkələrindən biri olan Şimali Koreyanın iqtisadiyyatı üçün bu, çox ciddi puldur", -  Budanov bildirib.

Mürtəza

Избранный
40
2
olke.az

10Источники