RU

Dünya Oyunlarında daha bir medal - FOTO

Azərbaycan komandası Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında daha bir medal qazanıb.

İdman.biz xəbər verir ki, kikboksinqçimiz Amin Quliyev (63,5 kq) fəxri kürsüyə yüksəlib.

O, Oyunlarda gümüş medal qazanıb.

Bununla da yarışdakı mükafatlarımızın sayı 4-ə yüksəlib. Daha öncə Tofiq Əliyev (tamblinq), İrina Zaretska (karate), Daniyel Abbasov və Murad Rəfiyev dueti (akrobatika) də Çenduda gümüş medala yiyələniblər.

İdman.biz

Избранный
90
25
idman.biz

10Источники