AZ

Azərbaycan gimnastları Dünya Oyunlarında 3 gümüş medal qazanıb (FOTO)

Bakı.Trend:

7–17 avqust tarixlərində Çinin Çendu şəhərində keçirilən DünyaOyunlarında tamblinq, akrobatika və aerobika gimnastikası üzrətəmsilçilərimiz uğurla çıxış ediblər.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumatyayıb.

Akrobatika gimnastikası üzrə kişi cütlüyümüz – Murad Rəfiyev vəDaniel Abbasov qarışıq hərəkətlər proqramında 28.730 xal toplayaraqgümüş medal qazanıblar.

Tamblinq üzrə təmsilçimiz Tofiq Əliyev yarışda tarixi nailiyyətəimza atıb. Gimnastımız tamblinq cığırında çətin element olan üçlüsalto və üçlü vint kombinasiyasını uğurla icra edərək 30.500 xaltoplayıb və gümüş medala layiq görülüb.

Aerobika gimnastikası üzrə Dünya çempionları, qarışıq cütlükMədinə Mustafayeva və Vladimir Dolmatov da 19.750 xalla gümüşmedalın sahibi olublar.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
13
7
az.trend.az

10Mənbələr