Demokrat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Antonio Koşta Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması və regional nəqliyyat dəhlizi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib. Avropa İttifaqı Şurasının Prezidenti bu nəticələrin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından önəmini vurğulayıb. O, Avropa İttifaqının əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu bildirib.
Təbriklərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin məhz ölkəmiz olduğunu xatırladıb. Vaşinqtonda əldə olunmuş nailiyyətlərin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın önəminə toxunub.
Telefon söhbəti zamanı bu ilin mayında Tiranada "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü, aparılmış müzakirələr məmnunluqla xatırlanıb.
10Источники
-
news24.azAntonio Koşta İlham Əliyevə zəng etdi ( 20333256)
-
sesqazeti.azAntonio Koşta Azərbaycanla Ermənistan arasında sülh sazişin paraflanması münasibətilə İlham Əliyevi təbrik edib ( 20342448)
-
baki-xeber.comAntonio Koşta Prezident İlham Əliyevə zəng edib ( 20338632)
-
azadmedia.azAntonio Koşta Azərbaycanla Ermənistan arasında sülh sazişin paraflanması münasibətilə İlham Əliyevi təbrik edib » AzadMedia.az ( 20338518)
-
aznews.azAntonio Koşta Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması münasibətilə İlham Əliyevi təbrik edib ( 20338365)
-
tribunainfo.azAvropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng etdi ( 20337249)
-
qaziler.azAvropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng edib ( 20335962)
-
dogru.azAntonio Koşta Prezident İlham Əliyevə zəng edib ( 20335812)
-
turkustan.azAvropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə ZƏNG ETDİ ( 20335158)
-
manset.azAntonio Koşta İlham Əliyevə zəng etdi ( 20334312)