RU

Ölkədə narkotik istifadəçilərinin sayı artıb

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Azərbaycanda narkotik istifadəçisi kimi qeydiyyata alınanların sayı artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi “Azərbaycanda hüquqpozmalar” məcmuəsində vurğulanır ki, ötən il 4 min 967 nəfər narkomaniyadan ilk dəfə xəstələnən şəxs kimi qeydiyyata alınıb. Bu say 2023-cü ildə 3 min 796, 2020-ci ildə 2 min 723 nəfər təşkil edib.

Ötən il Azərbaycanda 40 min 490 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyata düşüb. Bu, 2023-cü ilə nisbətən 3 min 831 nəfər çoxdur.

Ekspertlər ölkədə narkomanların sayı ilə bağlı bu rəqəmləri real saymırlar. Onlar deyir ki, qeydiyyata düşməyən və ya qeydiyyatdan yayındırılan narkotik istifadəçiləri də az deyil.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
54
icma.az

1Источники