RU

İmani Barker “Sumqayıt”la müqavilə bağladı, “Karvan”a keçdi

Fransanın “Genyon” klubunun sağ cinah müdafiəçisi İmani Barker bundan sonra Azərbaycan Premyer Liqasında çıxış edəcək.

Arena.az xəbər verir ki, 22 yaşlı fransalı futbolçu “Sumqayıt”a keçib.

Bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, tərəflər arasında 4 illik müqavilə imzalanıb. Amma Barker qarşıdakı mövsümü “Sumqayıt”da yox, “Karvan”da keçirəcək. Belə ki, “Sumqayıt” yeni transferini qarşıdakı mövsümün sonunadək Yevlax klubuna icarəyə verib.

İmani Barker Fransanın digər klubu “Havr”ın yetirməsidir. “Klermon”un B komandasında da oynamış müdafiəçi 2024-cü ilin yayında azad agent kimi “Genyon”a qoşulmuşdu. O, “Genyon”un heyətində cəmi 22 oyun keçirib, heç bir məhsuldarlıq nümayiş etdirməyib.

“Sumqayıt” daha öncə Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə, Nikola Ninkoviç, Abdul Raşid Mumini, Masaki Murata və Keffel Resende kimi oyunçuları da heyətinə cəlb etmişdi. İsa Suliman, Roi Kehat və Səbuhi Abdullazadə isə klubla yeni müqaviləyə imza atıblar.

Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Caloliddinov, Bobur Abduholikov, Silvanus Nimeli, Uğur Cahangirov, Sərtan Taşkın, Alan Dias, Georgi Xaraişvili, Rəşad Əzizli və Sənan Muradlı isə komandanı tərk ediblər.

Избранный
36
arena.az

1Источники