Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Salyan rayon sakini Seyidmehdi Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə, S.Babayev 10 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən ilin dekabrın 31 -də Salyan rayonunda baş verib. Rayon sakini Seyidmehdi Babayev qısqanclıq zəminində keçmiş həyat yoldaşı Şəbnəm Əliyevanın boyun və döş qəfəsinə 9 bıçaq zərbəsi endirərək onu öldürməyə cəhd edib. Yaralı xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində S.Babayev saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Samir Əli
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.