RU

Azərbaycanda əmək sahəsinə aid yeni dövlət standartları qəbul edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) əmək sahəsində 17 yeni dövlət standartı qəbul edib:

Bu barədə AZSTAND-dan bildirilib.

Sözügedən dövlət standartları qoruyucu geyimlərin kimyəvi maddələrdən, istilik və alovdan mühafizəsinə dair sınaq üsularını, əl bıçaqlarından istifadə zamanı zədələrin qarşısının alınması üçün qoruyucu önlüklərə olan tələbləri, eləcə də eşitmə qoruyucularına olan tələbləri, gün eynəkləri və gözlə əlaqəli mühafizə vasitələrinin xüsusiyyətlərini müəyyən edir.

Yeni dövlət standartları “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 21) konsensus əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

​​​​​​"Cebheinfo.az"

Избранный
14
cebheinfo.az

1Источники