RU

Liviyadakı daşqınlarda 3297 nəfər itkin düşüb

Liviyadakı

Liviyanın İtkin Şəxslərin Araşdırılması İdarəsinin direktoru Kemal əs-Sivi 2023-cü il daşqınları ilə bağlı ilk rəsmi məlumatı paylaşıb.

Reyting.az
bildirir ki, direktorun sözlərinə görə, 2023-cü ildə Liviyanın şərqində "Daniel" qasırğasının səbəb olduğu daşqınlarda 3297 nəfərin itkin düşüb.

2023-cü il sentyabrın 10-da Aralıq dənizinin mərkəzi hissəsinə təsir edən və Liviyanın şərqini vuran "Daniel" qasırğası Benqazi, Bayda, Marj, Sousse və Derna şəhərlərində daşqınlara səbəb olub.

Qasırğa nəticəsində Dernada iki bənd dağılıb, 576-sı xarici ölkə vətəndaşı olmaqla 4540 nəfərin öldüyü bildirilir.

V. QULİYEV
Избранный
28
1
reyting.az

2Источники