AZ

Liviyadakı daşqınlarda 3297 nəfər itkin düşüb

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Liviyanın İtkin Şəxslərin Araşdırılması İdarəsinin direktoru Kemal əs-Sivi 2023-cü il daşqınları ilə bağlı ilk rəsmi məlumatı paylaşıb.Reyting.az bildirir ki, direktorun sözlərinə görə, 2023-cü ildə Liviyanın şərqində "Daniel" qasırğasının səbəb olduğu daşqınlarda 3297 nəfərin itkin düşüb. 2023-cü il sentyabrın 10-da Aralıq dənizinin mərkəzi hissəsinə təsir edən və Liviyanın şərqini vuran "Daniel" qasırğası Benqazi, Bayda, Marj, Sousse və Derna şəhərlərində daşqınlara səbəb olub.Qasırğa nəticəsində Dernada iki bənd dağılıb, 576-sı xarici ölkə vətəndaşı olmaqla 4540 nəfərin öldüyü bildirilir.V. QULİYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
reyting.az

2Mənbələr