“Barselona”nın əfsanəvi futbolçusu Xristo Stoyçkov maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, 2025-ci ilin “Qızıl Top” mükafatının əsas favoritlərini açıqlayıb və kimin hansı səbəbdən qalib gələ biləcəyini bildirib:
“Lamin Yamal və Usman Dembele iki əsas favoritdir. Ümid edirəm ki, mükafatı Lamin Yamal qazanacaq və mən şəxsən ona təqdim edəcəyəm.