RU

Suriya və Türkiyə hərbi əməkdaşlıq haqqındaSAZİŞ İMZALADILAR

Türkiyə və Suriya müdafiə sektorunda təlim və məsləhətləşmələr sahəsində əməkdaşlıq haqqında razılıq əldə ediblər.

 

Senzor.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən bildirir ki, müvafiq Anlaşma Memorandumu çərşənbə günü, avqustun 13-də Ankarada Türkiyənin müdafiə naziri Yaşar Gülerin və Suriyanın müdafiə naziri Murhaf Əbu Kasranın iştirak etdiyi mərasimdə imzalanıb.

 

Qeyd edək ki, Suriya Müdafiə Nazirliyinin rəhbəri xarici işlər naziri Əsəd Həsən əl-Şeybani və Baş Kəşfiyyat İdarəsinin rəisi Hüseyn əl-Selemin də daxil olduğu rəsmi nümayəndə heyətinin tərkibində Ankaradadır.

 

Görüş iştirakçıları ikitərəfli əlaqələri, həmçinin regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Избранный
40
5
senzor.az

8Источники