Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.
QOL.az xəbər verir ki, həlledici matçda Çempionlar Liqasının son qalibi PSJ (Fransa) ilə Avropa Liqasını qazanan "Tottenhem" (İngiltərə) üz-üzə gələcək.
İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu oyunda Azərbaycanın FİFA referisi Elçin Məsiyev də iş başında olacaq. O, Juan Pineyrunun (Portuqaliya) idarə edəcəyi matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək.
13 avqust
UEFA Superkuboku
23:00. PSJ (Fransa) - "Tottenhem" (İngiltərə) - 2:2 (Penaltilər - 4:3)
Qollar: Kan Li, 85. Qonsalo Ramuç, 90+4 - Van de ven, 39. Romero, 48
Hakimlər: Juan Pineyru, Brunu Jezuş, Lusianu Maya (hamısı Portuqaliya)
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan)
Udine, "Friuli" stadionu