RU

Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasındaİŞTİRAK ETMƏYƏCƏK

Ermənistanın Baş naziri Nikol Paşinyan 14-15 avqust tarixlərində Çolpon-Atada (Qırğızıstan) keçiriləcək Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

 

Onun sözlərinə görə, bu, Paşinyanın avqustun 12-dən 15-dək məzuniyyətdə olması ilə əlaqədardır.

 

İclasda Ermənistanı Baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək.

 

İclasda Aİİ çərçivəsində birja əqdlərinin inkişaf proqramı, üzv dövlətlərin 2024-2026-cı illər üçün nəqliyyat siyasəti, dərman və tibbi avadanlıqların ümumi bazarının inkişaf konsepsiyası və digər məsələlər müzakirə olunacaq.

Избранный
15
4
senzor.az

10Источники