Bakı. Trend:
Avstraliya sahillərində iti dişləri və böyük gözləri olan qədimbalina növünün qalıqları tapılıb.
Trend"Independent"ə istinadla xəbər verir ki, qalıqlar Viktoriyaştatının Surf Koast bölgəsində aşkar edilib.
Bu balinaya 2019-cu ildə onun fosil parçalarını aşkarlayanViktoriya sakini Ross Dullardın şərəfinə “Janjucetus dullardi” adıverilib.
Bildirilib ki, “Janjucetus dullardi” təxminən 26 milyon ilbundan əvvəl mövcud olub.
Balina barədə “Zoological Journal of the Linnean Society” elmijurnalında məlumat dərc edilib.