AZ

Avstraliya sahillərində qədim balina növünün qalıqları aşkarlanıb

London, 13 avqust, AZƏRTAC

Avstraliya sahillərində iti dişləri və böyük gözləri olan qədim balina növünün qalıqları tapılıb.

AZƏRTAC "Independent"ə istinadla xəbər verir ki, qalıqlar Viktoriya ştatının Surf Koast bölgəsində aşkar edilib.

Bu balinaya 2019-cu ildə onun fosil parçalarını aşkarlayan Viktoriya sakini Ross Dullardın şərəfinə “Janjucetus dullardi” adı verilib.

Bildirilib ki, “Janjucetus dullardi” təxminən 26 milyon il bundan əvvəl mövcud olub.

Balina barədə “Zoological Journal of the Linnean Society” elmi jurnalında məlumat dərc edilib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
15
3
azertag.az

4Mənbələr