RU

Məmməd İsmayıl reanimasiyadan palataya köçürüldü

BAKI, 13 avqust. TELEQRAF

“Bona Dea” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 86 yaşlı şair Məmməd İsmayıl palataya köçürülüb.

Bu barədə Teleqraf-a xəstəxanadan məlumat verilib.

Qeyd edilib ki, Məmməd İsmayıl bu gün saat 12:00-da palataya yerləşdirilib. Onun müalicəsi davam etdirilir.

Qeyd edək ki, Məmməd İsmayıl 1 noyabr 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. O uzun müddət Azərbaycan Dövlət Televiziyasında, “Cəfər Cabbarlı adına Azərbaycanfilm” studiyasında, “Yazıçı”, “İşıq” nəşriyyatlarında çalışıb, 1988-1990-cı illərdə “Gənclik-Molodost” jurnalının baş redaktoru olub. Türkiyənin Çanaqqala şəhərində yerləşən On Səkkiz Mart Universitetinin professorudur. Onun Azərbaycan və türk dillərində 50-ə yaxın kitabı çap olunub.

Избранный
17
6
teleqraf.com

9Источники