Bakı. Trend:
Böyük Britaniyanın cənub sahilində tapılan VII əsrə aidskeletlərdə Qərbi Afrika mənşəyi aşkar edilib.
Trend“Independent”ə istinadla xəbər verir ki, Kent bölgəsindəki Updovnvə Dorset bölgələrindəki “Worth Matravers” qəbiristanlıqlarındadəfn olunmuş insanların qalıqlarından götürülən DNT nümunələrionların Qərbi Afrika mənşəli olduğunu ortaya çıxarıb.
Bu tapıntılar erkən orta əsrlərdə Avropaya miqrasiya prosesləriilə bağlı yeni suallar doğurub. Arxeoloqlar həmin dövrdəmaterikdən, əsasən, Şimali Avropadan İngiltərəyə əhəmiyyətliköçlərin baş verdiyini sənədləşdiriblər. Tarixi mənbələrdəanglların, saksanların və yutların məskunlaşması təsvir olunur.Lakin daha uzaq bölgələrdən miqrasiyanın miqyası indiyədək aydındeyildi.
Araşdırmanın nəticələri “Antiquity” jurnalında dərc edilən ikielmi məqalədə təqdim olunub. Bildirilib ki, dəfn edilmiş iki fərdinDNT-si bugünkü Saharaaltı Qərbi Afrika xalqları ilə genetikoxşarlığı göstərir.
Alimlərin fikrincə, bu nəticələr erkən orta əsrlərdə insanlarınhərəkət marşrutlarının və əlaqələrinin əvvəllər düşünüləndən dahageniş olduğunu göstərir.