RU

Naxçıvanda əsas kapitala 118 milyon manatdan çox vəsait yönəldilib

Naxçıvan, 13 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 118 milyon 423 min 900 manat vəsait yönəldilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da bir il öncəki göstəricidən 45,9 faiz çoxdur.

Əsas kapitala vəsait qoyuluşunun 88 milyon 214 min 600 manatı və ya 74,5 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 35,2 faiz çoxdur.

Избранный
61
azertag.az

1Источники