Azərbaycanlı döyüşçü Tariel Abbasovun növbəti görüşünün tarixi məlum olub.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı idmançı Romada oktaqona çıxacaq. Onun rəqibi Luka Borando olacaq.

Döyüş CW195 turnirində, oktyabr 4-də baş tutacaq.

Tariel indiyə qədər 9 döyüşün 6-da qələbə qazanıb, 3-də isə məğlub olub.

Borandoda da qələbə sayı eynidir. Lakin o, yalnız 1 dəfə məğlubiyyət yaşayıb.