RU

Azərbaycan BOKT-larının öhdəlikləri 7% böyüyüb

2025-ci ilin yanvar-iyun aylarının yekununa görə, Azərbaycanda Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) cəmi öhdəlikləri 512,5 milyon manat təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Öhdəliklər son bir il ərzində 32,6 milyon manat və ya 6,8% böyüyüb.

Öhdəliklərin 253,3 milyon manatını cəlb edilmiş vəsaitlər, 59,8 milyon manatını qiymətli kağızlar, 4,2 milyon manatını mərkəzi idarəetmə orqanlarının vəsaitləri, 195,2 milyon manatını isə digər öhdəliklər təşkil edib.

İllik müqayisədə cəlb edilmiş vəsaitlər 50,9 milyon manat (25,1%) artıb. Bu artımın tərkibində bankların kreditləri 42,9 milyon manat (31,3%), digər maliyyə institutlarının kreditləri isə 8,0 milyon manat (12,2%) yüksəlib. Həmçinin, qiymətli kağızlar üzrə öhdəliklər 4,4 milyon manat (8,0%) artıb.

Eyni dövrdə mərkəzi idarəetmə orqanlarının vəsaitləri kəskin şəkildə - 22 milyon manat (6,3 dəfə) azalıb. Digər öhdəliklərdə isə cüzi azalma (0,7 milyon manat və ya 0,3%) qeydə alınıb.

Избранный
35
fed.az

1Источники