RU

Azərbaycan millisinin üzvü Rusiyada növbəti dəfə turun rəmzi yığmasına düşdü

“Zenit”də çıxış edən Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya çempionatında növbəti dəfə turun rəmzi komandasına düşüb.

Operativ Media xəbər verir ki, müdafiəçi 17-ci turun “11-liy”inə seçilib.

O, “Rubin”ə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmaya start heyətində başlayıb və görüşü əvəz olunmadan keçirib.

Mirzəliyeva daha öncə 10-cu və 13-cü turda da həftənin rəmzi “11-liy”ində yer alıb.

Избранный
55
6
operativmedia.az

7Источники