AZ

Azərbaycanlı futbolçu Rusiyada növbəti dəfə turun rəmzi yığmasına düşüb

"Zenit"də çıxış edən Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya çempionatında növbəti dəfə turun rəmzi komandasına düşüb.

"Report"un məlumatına görə, müdafiəçi XVII turun "11-liy"inə seçilib.

O, "Rubin"ə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmaya start heyətində başlayıb və görüşü əvəz olunmadan keçirib.

Qeyd edək ki, Nigar Mirzəliyeva X və XIII turda da həftənin rəmzi "11-liy"ində yer alıb.

Seçilən
47
6
report.az

7Mənbələr