RU

Şabranda həyətində çətənə kolu yetişdirən şəxs tutulub

Bakı. Trend:

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləriəməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası iləməşğul olan 49 yaşlı Yaşar Hüseynov saxlanılıb.

Trend xəbər verir ki, onun yaşadığı evin həyətyanı sahəsindənkultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 12 kiloqram olan 16ədəd çətənə (kannabis) kolu aşkar olunub.

Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluqgöstərərək yetişdirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, Y.Hüseynovun barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Избранный
45
14
az.trend.az

10Источники