RU

Bəzi hallarda talassemiyanın tam müalicəsi mümkündür - Şöbə müdiri

Bakı. Trend:

Bəzi hallarda talassemiyanın tam müalicəsi mümkündür, lakin bu,xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılıdır.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmiİnstaqram hesabında canlı yayımda nazirliyin Milli Hematologiya vəTransfuziologiya Mərkəzinin Talassemiya bölməsinin transfuziologiyaşöbəsinin müdiri Tünzalə Əhmədova açıqlayıb.

Onun sözlərinə görə, hazırda yeganə tam sağaldıcı müalicə üsulusümük iliyi və ya kök hüceyrə transplantasiyasıdır:

“Bu prosedur uyğun donor tapıldıqda və xəstənin ümumi sağlamlıqvəziyyəti imkan verdikdə həyata keçirilir. Lakin hər xəstə üçün buüsul mümkün olmur. Transplantasiya zamanı xərçəng müalicəsindəistifadə olunan xüsusi dərmanlar və şüa terapiyası ilə xəstəninxəstə sümük iliyi tamamilə məhv edilərək, sağlam donorun kökhüceyrələri yeridilir. Bu, xəstəliyi tamamilə aradan qaldırmaqpotensialına malik olsa da, ciddi risklər və ağır yan təsirlərsəbəbindən yalnız xüsusi hallarda tətbiq edilir”.

T.Əhmədova bildirib ki, əksər hallarda isə talassemiyaxəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq və ağırlaşmalarınqarşısını almaq üçün müntəzəm qan köçürmələri və dəmiryüklənməsinin qarşısını alan dərmanlarla (xelasiya müalicəsi)uzunmüddətli idarəetmə aparılır:

“Müntəzəm qan köçürmələri qan səviyyəsini normal saxlamaqlaanemiyanın ağır fəsadlarını azaldır və xəstənin ümumi sağlamlığınıqoruyur. Lakin qan köçürmələri dəmirin bədəndə yığılmasına səbəbolur. Bu da ürək, qaraciyər və digər orqanlarda ciddi problemləryarada bilər. Buna görə xelasiya dərmanları ilə dəmir yüklənməsinəzarət altına alınır. Qeyd edim ki, xelasiya müalicəsi — bədəndəartıq yığılmış dəmirin orqanlardan çıxarılması üçün tətbiq olunanxüsusi dərmanlarla aparılan terapiyadır”.

Избранный
71
4
az.trend.az

7Источники