Ötən gün iranlı ziyarətçiləri daşyan avtobus İraqın Bəsrə-Şələmçə yolunda qəzaya düşüb.
KONKRET.az xəbər verir ki, bu haqda İran Təcili Yardım Mərkəzi məlumat yayıb.
Hadisə nəticəsində 4 nəfər həlak olub, 57 nəfər yaralanıb.
Yaralıların bir neçəsinin vəziyyətinin ağr olduğuna görə, ölü sayının artacağı gözlənilir.