RU

Dünyanın ən nəhəng buzlağı sürətlə əriməyə BAŞLADI

News24 saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünyanın ən nəhəng buzlağı hesab edilən Mendenholun sürətlə əriməyə başlaması Alyaskada ciddi daşqın təhlükəsi yaradıb.

News24.az xəbər verir ki, bu barədə yerli "Alaska Beacon" nəşri yazıb.

Qeyd olunub ki, Mendenhol buzlağı 20 kilometr uzunluğundadır və Alyaska ştatının inzibati mərkəzi Cunodan 19 kilometr məsafədə yerləşir.

Bir neçə gün əvvəl buzlağın yaxınlığında yerləşən göldə və bənddə su səviyyəsinin kəskin səviyyədə artığını əsas gətirən yerli qurumlar ştatın bir neçə bölgəsinin sakinlərini təxliyə olunmağa çağırıblar.

"Əriyən buzlaqlar artıq çoxdan gözlənilən daşqına səbəb olacaq və Alyaskanın mərkəzinə təsir göstərəcək. Daşqının pik səviyyəsi çərşənbə gününə təsadüf edəcək və suyun səviyyəsi təxminən 5 metrə qədər qalxacaq. Bu rekord göstəricidir və əvvəlki illərlə müqayisədə daha çox ziyana səbəb olacağı gözlənilir", - deyə qəzetdə yazılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
45
3
news24.az

4Источники