RU

AMB neft-qaz sektorunda iqtisadi artım proqnozlarını açıqlayıb

Mərkəzi Bankın 2025-ci ilin iyul proqnozlarına əsasən, cari ildə real iqtisadi artımın ümumi ÜDM üzrə 3 faiz, qeyri-neft-qaz ÜDM-i üzrə 4.2 faiz olacağı gözlənilir.

"Cebheinfo.az" Mərkəzi Bankın “Pul Siyasəti İcmalı”na istinadla xəbər verir ki, 2025-ci ildə ÜDM-nin artımı, əsasən, qeyri-neft-qaz sektorundan təsirlənəcək.

2026-cı ildə real iqtisadi artımın ümumi və qeyri-neft-qaz üzrə müvafiq olaraq 2.2 faiz (136.3 milyard manat) və 4.3 faiz (93.7 milyard manat) olacağı proqnozlaşdırılır. 2026-cı ildə ÜDM artımına əsas səbəbin qeyri-neft-qaz sektoru olacağı gözlənilir.

Neft-qaz sektorunda ÜDM 2025-ci ilə 1.2 faiz artım, 2026-cı ilə 1.2 faiz azalma proqnozlaşdırılır.

Qeyd edək ki, neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır.

2025 və 2026-cı illər üzrə iqtisadi artım proqnozunun reallaşması ev təsərrüfatlarının real istehlak xərclərinin dinamikasından asılı olacaq. Digər tərəfdən qlobal əmtəə və maliyyə bazarlarındakı qeyri-müəyyənliklər də müxtəlif kanallarla iqtisadi artım proqnozlarının reallaşmasına təsir edə bilər.

"Cebheinfo.az" 

Избранный
60
5
cebheinfo.az

6Источники