RU

Mingəçevirdə qız üstündə mübahisə - Bir nəfər bıçaqlandı

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Hadisə gecə saatlarında şəhərin Nizami küçəsində baş verib.

2004-cü il təvəllüdlü Yevlax rayon sakini Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü Tahirli İbrahim Fazil oğlunun döş nahiyəsinə kəsilmiş-deşilmiş xəsarətlər yetirib.

Yaralı xəstəxanaya çatdırılıb. Durumu ciddi olan İbrahim Tahirli dərhal əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. İlkin məlumata görə, tərəflər arasında münaqişəyə səbəb qız məsələsi olub.

DİN-in Mətbuat Xidmətinin Şəki  regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.
 
 

Избранный
10
8
7news.az

6Источники