RU

"Hack The Future 2" təlimlərinə qeydiyyat başladı! » AzadMedia.az


”CIDC-2025” tədbiri çərçivəsində təşkil olunan “Hack The Future 2” proqramı kibertəhlükəsizlik sahəsində biliklərini inkişaf etdirmək istəyənlər üçün unikal fürsətdir. Cari ilin 9-10 oktyabr tarixlərində türkiyəli mütəxəssislər tərəfindən keçiriləcək bu intensiv təlimlərdə iştirakçılar aşağıdakı mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər:
Süni intellekt: Nəzəriyyədən təcrübəyə;
Praktiki nüfuzetmə testi;
Tələbələr üçün nüfuzetmə testi və python skript yazma;
Mobil tətbiq təhlükəsizliyi;
Avadanlıq təhlükəsizliyi və nüfuzetmə testi;
Rəqəmsal kriminalistika və insidentlərə cavab.

Hər təlim üzrə qeydiyyatdan keçmiş ilk 50 iştirakçıya ödənişsiz qatılmaq imkanı verilir. İndi sən də qoşul, biliklərini artır və təcrübə qazan!

Qeydiyyat üçün: https://cidc.gov.az
Избранный
47
2
azadmedia.az

3Источники