RU

Mingəçevirdə qız üstündə mübahisə - Bir nəfər bıçaqlandı

Ajans.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Nizami küçəsində baş verib. Belə ki, 2004-cü il təvəllüdlü Yevlax rayon sakini Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü Tahirli İbrahim Fazil oğlunun döş nahiyəsinə kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Yaralı xəstəxanaya çatdırılıb. Durumu ciddi olan İbrahim Tahirli dərhal əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. İlkin məlumata görə, tərəflər arasında münaqişəyə səbəb qız məsələsi olub.

DİN-in Mətbuat Xidmətinin Şəki  regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.\unikal.az

Избранный
43
8
Ajans.az

6Источники