RU

"Bakıya daha yaxşı nəticə əldə etmək üçün gəlmişdik" - "Şkendiya"nın baş məşqçisi

"Şkendiya" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Bakıda "Qarabağ"a uduzdu - 1:5.

"Football-plus.az" xəbər verir ki, Şimali Makedoniya təmsilçisinin baş məşqçisi Jeton Beqiri oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Bakıya qələbə qazanmaq üçün gəlmişdiz, lakin fərqli mənzərəylə qarşılaşdız. Bunun məntiqi izahı nədi?
- "Qarabağ"ı təbrik edirəm. Rəqib bizdən daha yaxşı oynadı. Qələbəyə layiq idilər. 1:5 hesabıyla uduzduğuma görə, oyun haqda çox danışmağa ehtiyac yoxdu. Xüsusilə, ilk matçda zəif oynadıq. Sabahdan oyunun analizinə başlayacağıq. "Qarabağ"a növvəti mərhələdə uğurlar arzu edirəm.

- İlk oyundan sonra komandada problemlərin olduğunu demişdiz. Bu gün hansı çatışmazlıqları gördüz? Yoxsa cütün taleyini "Qarabağ"ın daha keyfiyyətli kollektiv olması həll etdi?
- Burda çox səbəb var. İntensivlik, taktiki cıhətdən problemlər və fiziki hazırlıqla bağlı çatışmazlıqlar çoxdu. Əsas məsələ bu qədər qol buraxmağımız və səbəbləridi. Həmçinin, Çempionlar Liqasında digər turnirlərlə müqayisədə gərginlik daha çoxdu.

- Hesab sizin üçün sürpriz oldu, yoxsa gözlənilən idi?
- Düzü, gözləmirdik. Bakıya daha yaxşı nəticə əldə etmək üçün gəlmişdik. Bu gün bizim üçün əsas məsələ məğlubiyyətdən dərs çıxarmaq, təcrübə toplamaqdı.

- Komandanız Avropa Liqasında çıxış etsə, daha uğurlu olar, yoxsa Konfrans Liqasında?
- Biz hədəfə çatmışıq - Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmışıq. Amma Avropa Liqasının pley-off mərhələsində qələbə qazanmağa çalışacağıq ki, Avropa Liqasında çıxış edək. Qarşıdan ölkə çempionatının oyunları da gəlir. Həmin matçlarda da uğurlu olmaq istəyirik. Sonda Azərbaycana təşəkkür edirəm. Mətbuat konfransında iştirak edən jurnalistlərə və "Qarabağ"a "çox sağ olun!" deyib, uğurlar arzulayıram.

KƏNAN BAHADIR

Избранный
26
35
football-plus.az

10Источники