RU

13-u nəhs rəqəmdir, yoxsa?…

Azərbaycanda hələ də 13 rəqəmi ilə bağlı bir qorxu, müxtəlif fikirlər var. 

Bəzi insanlar ayın 13-də toy etməkdən, səfərə çıxmaqdan, ciddi işlər görməkdən çəkinir, planlarını təxirə salır.

Bəs 13 rəqəm xofu haradan yaranıb? 

İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, 13 rəqəminin nəhs olması haqda fikirlər var. Ancaq dində belə bir inanc yoxdur: 

“Bu, demək olar ki, xurafatdır. Çox müxtəlif səbəblər, əsaslar izah etməyə çalışsalar da heç bir əsası yoxdur. Rəqəmlərin nəhs, bəd, uğurlu, uğursuz olması inancı İslam dinində qəbul edilmir. Doğrudur, bəzi ölkələrdə buna inanılır. Amma heç bir əsası, dəlili yoxdur. İnsan haçan faudalı işlər görürsə, həmin gün onun üçün uğurludur. Haçan günah işlər götürsə, həmin dün də onun üçün uğursuzdur. Yəni, hər şey insanın öz əməllərinə bağlıdır. Ayın, ilin, günün fərqi yoxdur”.

Sevinc

Избранный
101
50
hit.az

10Источники