RU

The X Files və Prison Break in prodüseri, Emmi mükafatçısı Maykl Klik vəfat edib

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hollivud seriallarının tanınmış prodüseri, "Emmi" mükafatı laureatı Maykl Klik 77 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, onun ölümünü qızı Keytlin təsdiqləyib.

O bildirib ki, atası Los-Ancelesdəki evində yuxuda ikən dünyasını dəyişib.

Maykl Klik karyerası ərzində iki "Emmi" mükafatına, eləcə də 10-dan çox digər nüfuzlu mükafata və nominasiyaya layiq görülüb.

O, "Homeland" və "24" seriallarının yaradıcılarından biri kimi tanınır. Bundan başqa, "The X-Files", "Prison Break", "Love and Death", "The Pretender" və "Pulse" kimi dünyaca məşhur layihələrin də prodüserliyini edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
53
1
oxu.az

2Источники