"Qarabağ" bu gün Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın "Şkendiya" klubunu qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

"Qarabağ" ilk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edib.

Ağdam təmsilçisi bu mərhələni adlayarsa, pley-offda "Ferentsvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Əgər Çempionlar Liqasında mübarizəni dayandırsa, Avropa Liqasında eyni cütün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, tərəflər arasında ilk matçda qol olmayıb.

12 avqust

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunu

20:00 "Qarabağ" - "Şkendiya"

Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries (Niderland) 

Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ"ın heyəti: 99. Koxalski, 2. Mateus, 8. Yankoviç, 10. Zubir, 13. Bəhlul, 15. L. Andrade, 20. Kadi, 35. P. Bikalyo, 44. Elvin, 81. K. Medina 90. Nəriman