RU

Filippo Terraçano “Milan”ı “Kremoneze”yə dəyişdi

İtaliyanın “Milan” klubunun sağ cinah müdafiəçisi Filippo Terraççanon icarə müqaviləsi əsasında “Kremoneze”yə keçib.

Arena.az bu barədə “Kremoneze”nin mətbuat xidmətinə istinadən xəbər verir.

Sözügedən klub 22 yaşlı italiyalı futbolçunu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. “Kremoneze” bir mövsümlük icarə üçün “Milan”a 500 min avro ödəyib. Klubun birdəfəlik transfer üçün nə qədər ödəniş edəcəyi hələ bilinmir.

Filippo Terraçano “Verona”nın yetirməsidir. “Milan” onu 2024-cü ilin yanvarında “Verona”dan 4,5 milyon avroya alıb. “Verona”da 41 oyuna 2 məhsuldar ötürmə müəllifi olmuş müdafiəçi “Milan”ın heyətində 23 oyun keçirsə də, fərqlənə bilməyib.

Terraçano İtaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 3,2 milyon avro məbləğində qiymətləndirir.

Избранный
16
arena.az

1Источники