RU

Binanı müqavilədə göstərilən müddətdə təhvil vermək üçün çalışırıq - Mirzə Məcnunov

Ağdam. Trend:

Çalışırıq ki, binanı müqavilədə göstərilən müddətdə təhvilverək.

Trendxəbər verir ki, bunu media nümayəndələrinə müsahibəsində Ağdamdafəaliyyət göstərən tikinti şirkətinin direktoru Mirzə Məcnunovdeyib.

O bildirib ki, hazırda tikinti-quraşdırma işləri gedir.

"Bəzi binaların fasadında hörgü işləri aparılır. Daxildəkərpicdən hörgü, binanın damında paraped işləri gedir. Dəmir-betonkonstruksiyalı binaların bəziləri tamamlanmaq üzrədir. Digərlərininbeşinci və altıncı mərtəbələrində işlər davam edir. Binanınzirzəmisində hörgü və suvaq işləri aparılır.

Binanın zirzəmisində hörgü işləri gedir. Burada maşın dayanacağıolacaq. Hər bir binadayük və sərnişin lifti nəzərdə tutulub.Göründüyü kimi, binanın ətrafında kipləşdirmə işləri gedir.Çalışırıq ki, binanı müqavilədə göstərilən müddətdə təhvil verək",- deyə o əlavə edib.

Məqalədə:
Избранный
23
1
az.trend.az

2Источники