RU

XRİTDX 7 ay ərzində 1 milyondan artıq zərərli elektron poçtu bloklayıb  

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət informasiya ehtiyatlarının kibertəhdidlərdən mütəmadi və kompleks şəkildə qorunması istiqamətində fəaliyyət ardıcıl olaraq davam etdirilir.

AZƏRTAC XRİTDX-nin məlumatına istinadla xəbər verir ki, cari ilin yanvar-iyul ayları ərzində xidmət tərəfindən aparılan monitorinq və analizlər nəticəsində 573 kiberhücum indikatoru müəyyən edilib. Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT (“Advanced Persistent Threat”) kiberhücumların qarşısı alınıb. Müəyyən edilmiş indikatorlardan 206-sı xidmətin daxili araşdırmaları, 367-si isə dövlət qurumlarının müraciətləri əsasında aşkarlanıb.

XRİTDX-nin daimi nəzarəti altında fəaliyyət göstərən dövlət elektron poçt xidməti üzrə bu ilin 7 ayı ərzində 7 milyon 455 min 124 elektron poçt emal olunub. Onlardan 6 milyon 103 min 281-i təhlükəsiz olduğundan istifadəçilərə çatdırılıb, 1 milyon 351 min 843-ü isə zərərli tərkibli müəyyən edilərək bloklanıb.

XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və qabaqlayıcı tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin edir.

Избранный
143
6
azerbaijan-news.az

10Источники