Bakı, 12 avqust, AZƏRTAC
Azərbaycanda ilk dəfə olaraq həmkarlar ittifaqları üzvlərinin elektron siyahısı hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müşaviri Elkiyar Ziyadov mətbuat konfransında bildirib.
O deyib ki, artıq 950 mindən çox şəxsin məlumatları toplanıb.
Həmçinin E. Ziyadov diqqətə çatdırıb ki, AHİK-in 2025-2027-ci illər üzrə inkişaf strategiyası təsdiq olunub. Hazırda strategiyanın reallaşdırılması üçün 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbiri əhatə edən Tədbirlər Planı icra olunur.
AHİK rəsmisi konfederasiyada sənəd dövriyyəsinin elektronlaşdırıldığını da vurğulayıb.