RU

"Neftçi" yeni legioneri üçün nə qədər ödəyib?

“Neftçi”nin braziliyalı yeni transferi İqor Ribeyronun transferi üçün ödədiyi məbləğ məlum olub.

Sportal.az “Transfermarkt” portalına istinadən xəbər verir ki, “ağ-qaralar” 28 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün “Araz-Naxçıvan”a 350 min avro (təxminən 695 min manat) ödəyib. 

Ribeyronun “Araz-Naxçıvan”la 2025/2026 mövsümünün sonuna qədər müqaviləsi qüvvədə idi. 

Qeyd edək ki, “Neftçi” braziliyalı ilə 2 illik müqavilə imzalayıb.

 

saytlarin hazirlanmasi

Избранный
51
50
sportal.az

10Источники