RU

Onlayn bilet satışı 2 dəfə artıb

Bu ilin 7 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 419271 bilet əldə edilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Məlumata görə, ötən ilin yanvar-iyul aylarında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 17,5% idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32,4%-ə çatıb. Bu da onu göstərir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır və səfərlərini reallaşdıran zaman onlayn bilet alışına daha çox üstünlük verirlər.

Qeyd edilib ki, “biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 330 reys olmaqla 376 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

“Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Xatırladaq ki, “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən işğaldan azad edilmiş ərazilərə bilet əldə edərkən Azərbaycan vətəndaşlarına buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur”- məlumatda deyilir.

AzPost.az

Избранный
16
21
azpost.info

10Источники