AZ

“” portalı üzərindən onlayn bilet alanların sayı artır

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 12 avqust, AZƏRTAC

Bu ilin 7 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 419 min 271 bilet əldə edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, ötən ilin yanvar-iyul aylarında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 17,5 faiz idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32,4 faizə çatıb. Bu da onu göstərir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır və səfərlərini reallaşdıran zaman onlayn bilet alışına daha çox üstünlük verirlər.

Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 330 reys olmaqla 376 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Xatırladaq ki, “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən işğaldan azad edilmiş ərazilərə bilet əldə edərkən Azərbaycan vətəndaşlarına buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
21
azertag.az

10Mənbələr