Azərbaycan çempionatları tarixində ən çox oyun keçirmiş 33 futbolçu açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
İndiyə kimi baş tutmuş 33 mövsümdə ən çox oyuna çıxan futbolçu Rahid Əmirquliyevdir - 451.
Ondan başqa yalnız Mahmud Qurbanov 400 oyun səddini aşa bilib. "Professor"un aktivində 421 oyun var.
Karyerasını davam etdirənlər arasında ən çox oyuna "Qəbələ"nin futbolçusu Asif Məmmədov çıxıb. O, 388 oyunla 4 və 5-ci yeri bölüşür.
"Araz-Naxçıvan"da çıxış edən Qara Qarayev isə 351 oyunda meydanda olub.
33 mövsümdə ən çox oyun keçirən 33 futbolçu
1 Rahid Əmirquliyev 451
2 Mahmud Qurbanov 421
3 Rəşad Sadiqov 392
4-5 Asif Məmmədov 388
Azər Məmmədov 388
6 Aslan Kərimov 382
7 Rəşad Abdullayev 378
8-9 Elvin Məmmədov 376
Maksim Medvedev 376
10 Vurğun Hüseynov 368
11 Aqil Məmmədov 363
12-13 İsmayıl Məmmədov 351
Qara Qarayev 351
14 Rəşad Sadıqov 343
15 İlkin Qırtımov 339
16 Elnur Abdullayev 334
17 Vüqar Nadirov 332
18 Urfan Abbasov 329
19 Rail Məlikov 328
20 Kənan Kərimov 327
21 Tural Axundov 324
22 Slavik Alxasov 319
23 Nadir Nəbiyev 316
24 Rauf Əliyev 315
25 Mübariz Orucov 311
26 Müşfiq Hüseynov 305
27 Ədəhim Niftəliyev 303
28-30 Arif Daşdəmirov 302
Kamal Quliyev 302
Rəhman Hacıyev 302
31 Mehman Yunusov 298
32 Viktor İqbekoyi 294
33 Aleksandr Çertoqanov 293