RU

Çempionlar Liqası: Bu gün pley offa yüksələn 5 komanda müəyyənləşəcək

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab qarşılaşmaları keçiriləcək. Sport24.az xəbər verir ki, 10 oyunun nəticəsinə əsasən pley-offa yüksələcək komandalar bəlli olacaq.

Bu turnirdə təmsilçimiz"Qarabağ" da bu gün meydana çıxacaq. Ağdam klubu səfərdə qalib gəldiyi (1:0) "Şkendiya"nı qəbul edəcək.

Qeyd edək ki, Qurban Qurbanovun komandasının pley-off mərhələsinə yüksələcəyi təqdirdə potensial rəqibləri olan "Ferentsvaroş"la "Ludoqorets" isə Macarıstanda qarşılaşacaqlar. 

Çempionlar LiqasıIII təsnifat mərhələsi, cavab oyunları12 avqust20:00. "Qarabağ" (Azərbaycan) - "Şkendiya" (Şimali Makedoniya)İlk oyun: 1:021:00. "Kopenhagen" (Danimarka) - "Malmö" (İsveç)İlk oyun: 0:021:00. "Fənərbaxça" (Türkiyə) - "Feyenoord" (Niderland)İlk oyun: 1:221:00. "Pafos" (Kipr) - "Dinamo" (Kiyev, Ukrayna)İlk oyun: 1:021:00. "Plzen" (Çexiya) - "Reyncers" (Şotlandiya)İlk oyun: 0:321:30. "Brügge" (Belçika) - "Zalstburq" (Avstriya)İlk oyun: 1:022:15. "Ferentsvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan)İlk oyun: 0:022:15. "Slovan" (Slovakiya) - "Kayrat" (Qazaxıstan)İlk oyun: 0:123:00. "Benfika" (Portuqaliya) - "Nitsa" (Fransa)İlk oyun: 2:023:00. "Srvena Zvezda" (Serbiya) - "Lex" (Polşa)İlk oyun: 3:1

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
108
12
sport24.az

10Источники