RU

Kanada Trampın Ukrayna ilə bağlı ABŞ–Rusiya sammiti təşəbbüsünü dəstəklədi - ÖZƏL

Kanadanın Baş naziri Mark Karni ABŞ və Rusiya arasında keçiriləcək növbəti sammitin Ukrayna böhranının sülh yolu ilə həlli üçün mühüm addım olduğunu bildirib. Olaylar.az xəbər verir ki, bu barədə Kanada hökumətinin mətbuat xidmətinin, Karni ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan telefon danışığının nəticələrinə dair yaydığı açıqlamada qeyd olunub. Məlumata görə, Baş nazir ABŞ Prezidenti Donald Trampın və Birləşmiş Ştatların Ukraynada sülhün təmin olunması istiqamətindəki lider mövqeyini alqışlayıb. O, həmçinin 10 avqustda Avropa İttifaqı liderlərinin Trampın döyüş əməliyyatlarının dayandırılması ilə bağlı səylərinə verdiyi dəstəyi müsbət qiymətləndirib.
Karni telefon danışığında Kanadanın rəsmi mövqeyinin dəyişmədiyini vurğulayaraq, Qərbin Rusiya üzərinə təzyiqlərinin davam etdirilməsinin vacibliyini bildirib. O, Kanada, ABŞ və Avropa ölkələrindən ibarət "istəklilər koalisiyası" ilə sıx əməkdaşlıq aparacaqlarını qeyd edib.
Xatırladaq ki, 8 avqustda ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə 15 avqustda Alyaskada görüşməyi planlaşdırdığını açıqlayıb. Kreml rəsmiləri də bu görüşün baş tutacağını təsdiqləyib. Danışıqların əsas mövzusu Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həllinə dair variantların müzakirəsi olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
61
50
olaylar.az

10Источники