Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında fəaliyyət göstərən Suların İstifadəsi və Mühafizəsinə Dövlət Nəzarət Xidməti cari mebel və inventarların satın alınması üzrə tenderin qalibini müəyyənləşdirib.
Mia.az 32gün.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Embawood” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında 219,935.48 AZN məbləğində müqavilə bağlanacaq.
MİA.AZ